12:07
399
İran Telekommunikasiya Şirkətinin Həmədan şəhərindəki təqaüdçüləri yenidən ənənəvi həftəlik etiraz aksiyası keçiriblər.
Gunaz.tv
Bu barədə Azad İşçilər Birliyi məlumat yayıb.
Təqaüdçülər pensiyalarının artırılmamasına, vaxtında ödənilməməsinə və qanunla nəzərdə tutulmuş başqa haqlarının pozulmasına etirazlarını bildiriblər.
Onlar həmçinin əmək haqqının tənzimlənməsinin üçüncü mərhələsinin həyata keçirilməsini, 89.24 saylı Məşğulluq Qaydalarının tətbiqini, ərzaq müavinətinin yenilənməsini və əlavə sığorta problemlərinin həllini istəyiblər.
Qeyd edək ki, təqaüdçülərin etiraz aksiyası tələbləri təmin olunmadığına görə 3 ildən çoxdur hər həftə keçirilir.
12:01
427
17 Avqust 15:44
847
12 Avqust 12:40
2 240