Katz: "Livandan çıxmaq üçün heç kimdən icazə istəməyəcəyik" Dünya

Katz: "Livandan çıxmaq üçün heç kimdən icazə istəməyəcəyik"

İsrailin müdafiə naziri İsrael Katz İsrail qoşunlarının "Hizbullah" hərəkatı tərəfindən gələn təhlükə tamamilə aradan qaldırılana qədər Livan ərazisindən çıxarılmayacağını bəyan edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Ynet" portalı məlumat yayıb.

Katzın bu bəyanatı ABŞ Prezidenti Donald Trampın "İsrail əldə olunmuş razılaşmalar çərçivəsində öz qüvvələrini Livandan çıxaracaq" sözlərindən sonra səslənib.

"Biz Livana daxil olmaq üçün heç kimdən icazə istəməmişik və Livanda qalmaq üçün də bizə icazə lazım deyil", — deyə Katz bildirib.

Katz vurğulayıb ki, İsrail qüvvələrinin Livanın cənubunda olması yalnız və yalnız İsrailin təhlükəsizliyinin təmin edilməsi ilə bağlıdır.

Məryəm Quliyeva