11:20
700.jpg)
Fransa, Hörmüz boğazı yaxınlığındakı missiyasından sonra bu yaxınlarda Fransa sahillərinə doğru yola düşən "Charles de Gaulle" təyyarə gəmisini geri qaytarmaq niyyətində deyil.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barro bəyan edib.
"Xeyr, — deyə nazir TF1 telekanalının səhər proqramının aparıcısının müvafiq sualına cavab verib. — Siz respublika prezidenti Emmanuel Makronun bəyanatını eşitmisiniz — təyyarə gəmisi geri qayıdır, o, belə demək mümkünsə, bizim ərazimizin yaxınlığındadır". O xatırladıb ki, Fransa Hörmüz boğazının təhlükəsizliyinin təmin edilməsinə, "məsələn, minalardan təmizləmə işləri vasitəsilə" öz hərbi qüvvələrini cəlb etməyə hazır olduğunu artıq bəyan edib. "Biz, əlbəttə ki, sakitliyin bərpa olunacağına və minalardan təmizləmə əməliyyatlarının ən qısa zamanda həyata keçiriləcəyinə ümid edirik. Bu, gəmilərin hərəkətinin bərpası və karbohidrogen qiymətləri üzərindəki təzyiqə son qoyulması üçün zəruridir", — deyə nazir əlavə edib.
Məryəm Quliyeva