15:41
581
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Ukraynaya səfərini təbii ki rəsmi Moskva diqqətdə saxlayacaq. Bakı hər zaman Ukraynanın ərazi bütövlüyünü dəstəkləyib və bu gün də dəstəkləyir. Təsadüfü deyil ki, ölkənin birinci şəxsi tərəfindən belə Ukraynanın Rusiyaya qarşı apardığı mübarizə ən yüksək səviyyədə dəstəklənmişdir.
Bunu xalqcebhesi.az-a politoloq Ərəstun Əlizadə deyib.
"Götürdükdə Moskva-Bakı münasibətləri bu gün də gərgindir. Münasibətlərdəki gərginlik heç də birilərinin fikirləşdiyi kimi mülayimləşməyib. Son iki, üç gün içərisində də Rusiya tərəfdən Putinin danışan dilləri ilə Bakının təhdid edilməsi, fikirlərimizin nə qədər doğru olduğuna dəlalət edir. Və bu təhdidlər fonunda Bakı-Kiyev münasibətlərinin isti səviyyədə saxlanılması... Bu təqdirəlayiq haldır. Qeyd edim ki, Ceyhun Bayramovun Kiyevə rəsmi səfəri çərçivəsində ilk olaraq ukraynalı həmkarı Andrey Sibiqa ilə birlikdə Ukraynanın azadlığı uğrunda həlak olmuş müdafiəçilərin Xatirə Memorialını ziyarət etməsi yenə də Bakının mövcud mövqeyini bir daha təsdiqləyir" - politoloq deyib.
O, qeyd edib ki, Azərbaycan və Ukrayna xarici işlər nazirləri arasında təkbətək görüş, daha sonra nümayəndə heyətləri arasında geniştərkibli görüşlərin keçirilməsi və bu görüşlərdə Azərbaycan-Ukrayna münasibətləri, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirə olunması, eləcə də iki ölkə arasında mövcud olan müttəfiqlik münasibətlərinin qarşılıqlı hörmət və milli maraqların nəzərə alınması əsasında inkişaf etdirilməsinin əhəmiyyətini vurğulanması hər iki tərəf üçün də bu gün üçün çox vacibdir.
Cavid