16:45
448
Vəzirov Rəşid Şamil oğlu əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri təyin olunub.
Bu barədə nazir Anar Əliyev əmr imzalayıb.
Qeyd edək ki, 1979-cu il təvəllüdlü Rəşid Vəzirov Azərbaycan Tibb Universitetinin məzunudur, tibb üzrə fəlsəfə doktorudur. Respublika Diaqnostika Mərkəzində və Mərkəzi Neftçilər Xəstəxanasında müxtəlif vəzifələrdə, 2018-ci ilin noyabr ayından Respublika Diaqnostika Mərkəzinin icraçı direktoru vəzifəsində fəaliyyət göstərib. Əmək fəaliyyətinin müxtəlif dövrlərində Beynəlxalq Qızıl Xaç Komitəsində və QİÇS, Vərəm və Malyariya ilə Mübarizə üzrə Qlobal Fondda da çalışıb.
17:32
140
16:49
434
16:20
581