Rusiya İzyuma idarəolunan aviabombalarla hücum edib Gündəm

Rusiya İzyuma idarəolunan aviabombalarla hücum edib

Rusiya Silahlı Qüvvələrinin İzyum şəhərinə idarəolunan aviabombalarla endirdiyi zərbə nəticəsində bir nəfər həlak olub, üç nəfər yaralanıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleg Sinegubov məlumat yayıb.

"Rusiya İzyuma idarəolunan aviabombalarla hücum edib. İlkin məlumatlara görə, dördmərtəbəli yaşayış binasına düşmə qeydə alınıb, avtomobillər yanır. Həmçinin poçt şöbəsinin yanması barədə məlumat daxil olub", - deyə o bildirib.

Daha sonra Sinegubov tələfatla bağlı məlumatı dəqiqləşdirib: "İzyumda düşmən atəşə tutması nəticəsində bir nəfər həlak olub. Ən azı üç nəfər xəsarət alıb".

Daha əvvəl Xarkov VHA-nın rəhbəri ötən sutka ərzində Rusiyanın endirdiyi zərbələrdən 19 nəfərin yaralandığını bəyan etmişdi.

Məryəm Quliyeva