Çin İranı suverenliyin və təhlükəsizliyin qorunmasında dəstəkləyir Dünya

Çin İranı suverenliyin və təhlükəsizliyin qorunmasında dəstəkləyir

Çin hökuməti İranın öz milli suverenliyini və təhlükəsizliyini qorumaq üçün atdığı addımları dəstəkləyir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Pekində İran Təhlükəsizlik Şurasının sədr müavini Əli Baqiri Kani ilə görüşdə ÇXR-in xarici işlər naziri Van İ bəyan edib.

"Çin İranı öz suverenliyini və təhlükəsizliyini qorumaq işində dəstəkləyir və İran tərəfi ilə birgə Çin-İran əlaqələrinin daha da inkişaf etdirilməsinə töhfə verməyə hazırdır", - deyə onun sözləri Çin Xarici İşlər Nazirliyinin məlumatında sitat gətirilir.

"Beynəlxalq vəziyyətin qeyri-sabitliyinə və dəyişkənliyinə baxmayaraq, Çin və İran arasındakı münasibətlər əvvəlki kimi sabit inkişaf edir ki, bu da hər iki ölkə xalqlarının köklü maraqlarına cavab verir", - deyə Van İ əlavə edib.

Məryəm Quliyeva