Hövsan–Türkan avtomobil yolunda hərəkət məhdudlaşdırılacaq İqtisadiyyat

Hövsan–Türkan avtomobil yolunda hərəkət məhdudlaşdırılacaq

Noyabrın 3-də Hövsan–Türkan avtomobil yolunun bir hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, yolun kanal yaxınlığında yerləşən hissəsində aparılan təmir işləri ilə əlaqədar noyabrın 3-də saat 07:00-dan 23:00-dək nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunacaq.

Sürücülərə alternativ yol kimi Zığ şossesindən (Beton yol) istifadə etmək tövsiyə olunur.