31 Oktyabr 15:21
31 Oktyabr 15:11
12:50
448
İran nümayəndə heyəti noyabrın 1-də Dohanı tərk edib, lakin onların gedişi Vaşinqton və Tehran arasında münaqişənin nizamlanması üzrə danışıqlardakı çətinliklərlə bağlı deyil.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə mənbəyə istinadən "Reuters" agentliyi məlumat verib.
Onun sözlərinə görə, saziş layihəsi rəylərin hazırlanması üçün iştirakçılar arasında paylanıb. Agentliyin həmsöhbəti daha bir görüşün keçirilməsinin mümkünlüyünü göstərib.
Noyabrın 31-də İranın xarici işlər naziri Abbas Əraqçi Qətərin "Al Jazeera" telekanalına müsahibəsində bildirmişdi ki, İran nümayəndə heyəti İslam Respublikasının nüvə proqramı üzrə vasitəçilərin təkliflərini müzakirə etmək üçün Dohaya gəlib.
Məryəm Quliyeva