“Çelsi” 23 yaşlı futbolçu üçün 120 milyon avro ödəməyə hazırdır İdman

“Çelsi” 23 yaşlı futbolçu üçün 120 milyon avro ödəməyə hazırdır

İngiltərənin “Bornmut” klubunun yarımmüdafiəçisi Aleks Skott “Çelsi”nin transfer hədəfinə çevrilib.

Jurnalist Ekrem Konurun məlumatına görə, London təmsilçisi 23 yaşlı futbolçunun transferi üçün danışıqları intensivləşdirib.

“Çelsi”nin ingiltərəli yarımmüdafiəçi üçün 120 milyon avrodan artıq təklif etməyə hazır olduğu bildirilir.

Skott bu mövsüm bütün turnirlərdə 6 oyunda meydana çıxıb, 1 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, futbolçunun “Bornmut”la müqaviləsi 2028-ci ilin iyun ayının sonunadək qüvvədədir.