Kolumbiyada PUA-lar hərbi bazaya hücum edib Dünya

Kolumbiyada PUA-lar hərbi bazaya hücum edib

Naməlum şəxslər Kolumbiyanın qərb hissəsində yerləşən Tolima departamentinin Planadas bələdiyyəsi ərazisindəki hərbi bazaya partlayıcı maddələrlə təchiz olunmuş PUA-lardan istifadə etməklə hücum ediblər.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə yerli "El Tiempo" qəzeti məlumat yayıb.

Qeyd olunur ki, hücum zamanı partlayıcı maddə həmçinin yük avtomobillərindən birinə yerləşdirilib. Nəticədə, hakimiyyət orqanlarının məlumatına görə, yaşayış tikililəri qismən dağılıb.

Hakimiyyət nümayəndələrinin bildirdiyinə görə, regionun ən azı dörd sakini həlak olub. "Planadasa hücum nəticəsində, ilkin məlumatlara görə, dörd nəfər, o cümlədən iki aylıq körpə həlak olub", - deyə departamentin qubernatoru Adriana Maqali Matis "X" sosial şəbəkəsində yazıb.

Məryəm Quliyeva