13:35
371
“ABŞ İran arasında hərbi münaqişənin növbəti müharibəyə çevrilmək ehtimalı kifayət qədər yüksəkdir. İki tankerin minalara toxunaraq zədələnməsi və ya hansısa dronun vurulub-vurulmaması epizotik məqamlardır”.
Bunu xalqcebhesi.az-a siyasi şərhçi Taleh Əliyev bildirib.
T.Əliyevin sözlərinə görə, çox böyük ehtimalla müharibə ABŞ-də keçiriləcək 3 noyabr aralıq seçkilərindən sonra başlayacaq: “Qənaətim və müharibəyə hazırlıq prosesi ilə bağlı istər ABŞ, istər İsrail, istərsə də İran tərəfindən verilən məlumatlar onu göstərir ki, 3 noyabr seçkilərindən sonra növbəti müharibə üçün vaxt o qədər də uzadılmayacaq. Amma tankerlərin vurulması və yaxud başqa hər hansısa bilərəkdən və ya bilməyərəkdən baş verən vəziyyət müharibə riskini artırmır, nə də riski azaltmır. Müharibə təəssüflər olsun ki, qaçılmazdır və bu müharibənin coğrafiyasının daha geniş, nəticələrinin daha ağır olması da ehtimal olunan acı gerçəklikdir”.
Röya İsrafilova