Ukrayna və NATO silah texnologiyaları üzrə anlaşma memorandumu imzalayıblar Gündəm

Ukrayna və NATO silah texnologiyaları üzrə anlaşma memorandumu imzalayıblar

NATO və Ukrayna Kiyevə alyansın mülki işlənmələrin hərbi ehtiyaclara uyğunlaşdırılmasına, eləcə də ikili təyinatlı texnologiyaların işlənməsinə, maliyyələşdirilməsinə və tətbiqinə köməklik göstərilməsinə yönəlmiş DIANA proqramına çıxış imkanı verən anlaşma memorandumu imzalayıblar.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Ukraynanın NATO yanında daimi nümayəndəliyi öz saytında məlumat yayıb.

Daimi nümayəndəliyin saytında qeyd edildiyi kimi, DIANA fondu ilə Ukrayna Müdafiə Nazirliyi arasındakı memorandum "Ukrayna şirkətləri və startapları üçün NATO ölkələrindəki tenderlərə, qrantlara və 200-dən çox sınaq poliqonuna çıxış açır".

Məryəm Quliyeva