İran XİN: Təklif olunan plan iki gün ərzində həyata keçirilə bilər Gündəm

İran XİN: Təklif olunan plan iki gün ərzində həyata keçirilə bilər

İranın təklif etdiyi yeddi bəndlik plan ixtisar edilib və "iki gün ərzində həyata keçirilə bilər".

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai bildirib.

Onun sözlərinə görə, indi hər şey Amerika tərəfinin necə hərəkət etmək niyyətində olmasından asılıdır.

"Bu, həm də İranın xoş məramına əsaslanan yanaşmasından xəbər verir. Biz bəyan etdik: əgər İranın tələbləri yerinə yetirilərsə, həm Hörmüz boğazında təhlükəsizliyin bərpası, həm də ən qısa müddətdə danışıqlar prosesinin başlaması mümkündür", - deyə Bəqai əmin edib.

Məryəm Quliyeva