“Bu, tərəflər arasında gərginliyi artıracaq” Gündəm

“Bu, tərəflər arasında gərginliyi artıracaq”

Qeyd olunur ki, SEPAH-ın Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında iki neft tankerinin partlayış nəticəsində zədələndiyini açıqlayıb.

Mövzu ilə bağlı xalqcebhesi.az-a fikirlərini bildirən politoloq Samir Hümbətov deyib ki, son iki gündür çox ciddi bir şəkildə informasiyalar yayılıb ki, İsrail və ABŞ İrana yenidən zərbələr endirməyə hazırlaşır və hətta bununla bağlı Netanyahunun və digər İsrail rəsimlərinin ABŞ-nin media orqanlarında məlumat getməkdədir: “Yəni açıqçası görünür ki, bu tankerlərin vurulması, qəsdən partladılması və yaxud da minalı sahəyə salınmaqla partladılması yeni bir təxribat üçün zəmin yaradır. ABŞ yenidən İranla qarşıdurmaya getməyə maraq göstərdi”.

S.Hümbətov vurğulayıb ki, bu, hər vəziyyətdə gərginliyi artıracaq: “Amma bunun genişmiqyaslı müharibəyə çeviriləcəyini demək hələ ki, çətindir. Çünki bu, hadisələrin gedişindən və hadisələrin gedişi zamanı alınacaq qərarlardan asılıdır. Amma böyük ehtimal ki, bu, gərginliyi artıracaq və ola bilsin ki, hətta ABŞ-nin İrana hava zərbələri endirməsinə gətirib çıxara bilər. Bu da qarşılığında İranın ABŞ-nin aviabazalarına, ümumiyyətlə, hərbi bazalarına cavab zərbəsi endirməsinə gətirə bilər. Yəni bu cür halların olma ehtimalı var. Tankerin zərbə alması təsadüfi hal deyil, hətta minalı əraziyə girsə belə bu, məqsədyönlü şəkildə tərəflər arasında gərginliyi artırmağa xidmət edəcək addım kimi dəyərləndirilə bilər”.

Röya İsrafilova