Pakistanda 24 milyon uşaq poliomielitə qarşı peyvənd olunur Dünya

Pakistanda 24 milyon uşaq poliomielitə qarşı peyvənd olunur

Bazar ertəsi Pakistan 97 seçilmiş dairədə beş yaşınadək təxminən 24 milyon uşağın peyvənd olunmasını hədəfləyən regional poliomielit əleyhinə peyvəndləmə kampaniyasına start verib.

Xalqcebhesi.az xəbər verir ki, Milli Fövqəladə Hallar Mərkəzi (NEOC) tərəfindən təşkil edilən kampaniya noyabrın 8-dək davam edəcək. 200 mindən çox sahə işçisi peyvəndləməni ev-ev gəzərək həyata keçirəcək.

NEOC-un məlumatına görə, Pakistan və qonşu Əfqanıstan poliomielit əleyhinə peyvəndləmə kampaniyalarını eyni vaxtda həyata keçirirlər.

Mərkəz valideynləri beş yaşınadək bütün uşaqların poliomielit peyvəndini almasını təmin etməyə və peyvənd Briqadaları ilə əməkdaşlıq etməyə çağırıb, çünki təkrar peyvəndlər uşaqların bu xəstəliyə qarşı immunitetini gücləndirir.

Məryəm Quliyeva