
Leyla Əliyeva babasını bu sözlərlə təbrik etdi
15 Fevral 22:03
15 Fevral 22:03
15 Fevral 20:03
15 Fevral 18:46
Onun İranın mülki geyimli təhlükəsizlik məmurları tərəfindən güllələndiyi bildirilir.
Qərbi Azərbaycan əyalətinin Sulduz şəhərində yaşayan milli fəal Əli Hacməhəmmədi aprelin 14-də iş yerində mülki geyimdə olan İranın təhlükəsizlik məmurları tərəfindən güllələnib.
Fəalın iş yerinə gedən məmurlar heç bir məhkəmə hökmü olmadan onu həbs etmək istədikdə onun etirazı ilə qarşılaşan məmurlar bibər qazından istifadə etməklə yanaşı Hacməhəmmədinin ayağına iki güllə vurublar.
Güllə səsinə gələn ətrafdakı insanların Əli Hacməhəmmədini xəstəxanaya çatdırdıqları, ona cərrahi əməliyyat olunduğu və ayağındakı güllələrin çıxarıldığı bildirilir.
Milli fəalların sosial mediada verdikləri məlumatlara görə, Əli Hacməhəmmədi xəstəxanaya yerləşdirildikdən sonra təhlükəsizlik məmurları onun yanına gedən bütün şəxslərin foto və videolarını çəkiblər.
Qeyd edək ki, Əli Hacməhəmmədi bundan öncə milli-mədəni fəaliyyətlərinə görə dəfələrlə saxlanılıb, dindirilib və işgəncələrə məruz qalıb.
Sosial media fəalları Hacməhəmmədinin bankdan kredit götürən başqa bir şəxsə zamin durduğunu, ödənişin gecikdiyi üçün təhlükəsizlik məmurları onlara aid olmayan məsələdən bəhanə kimi istifadə edərək milli fəalı həbs etmək istədiklərini qeyd ediblər.
Gunaz.tv