Təbrizdən Tehrana uçan təyyarədə dəhşətli anlar yaşanıb Güney Azərbaycan

Təbrizdən Tehrana uçan təyyarədə dəhşətli anlar yaşanıb

Avqustun 18-i günorta saat 13:50 dəqiqədə İranın Şərqi Azərbaycan əyalətinin paytaxtı Təbrizin hava limanından Tehrana uçan "Ata" Hava Yolları Şirkətinə məxsus sərnişin təyyarəsində dəhşətli anlar yaşanıb. 20 dəqiqəlik təxirdən sonra havaya qalxan təyyarə Miyana şəhərinin səmasına çatanda birdən-birə onun mühərriklərinin birindən partlayışa bənzər dəhşətli bir səs qalxıb. Bu isə sərnişinlərin qorxu və həyacanına səbəb olub. Ölümü bir addımlıqlarında görən sərnişinlər birlikdə qışğır-bağır içində ağlaşaraq təyyarənin sağ-salamat yerə enməsi üçün dua etməyə başlayıblar. Az sonra təyyarə ekipajı təyyarədə texniki nasazlıq əmələ gəldiyini bildirərək sərnişinləri sakitləşdirməyə çalışıblar və təyyarənin yenidən Təbrizə qayıtmaq məcburiyyətində qaldığınıl bildiriblər. Qorxu və dəhşət içində yaşanan həyəcanlı anlardan sonra təyyarə Təbriz hava limanında sağ-salamat yerə enəndən sonra sərnişinlərin təcili təxliyəsinə başlanılıb. İran mediasının yaydığı məlumata görə, təyyarə yerə enəndən sonra İran Aviasiya Şirkətinin ölkə vətəndaşlarına verdiyi xidmətin zəifliyindən narazı qaldıqlarını bildirən sərnişinlərin çoxu biletlərini ləğv etdirərək növbəti uçuşla Tehrana getməkdən imtina ediblər. Sərnişinlərdən bəzilərinin keçirdiyi qorxu hissinə görə səhhətində ciddi ptroblemlər yaralandığı, bəzilərinin isə az qala infarkt keçirdiyi bildirilir. Sərnişinlərdən biri isə jurnalistlərə açıqlamasında təyyarə yerə enəndən sonra hava limanı məsullarının onların durumuna laqeydliyindən gileylənib: "Təyyarə Təbriz hava limanına çatandan sonra məsullardan heç biri bizə məhəl qoymadı. Onlar baş vermiş hadisəyə görə bizdən nəinki üzr istəmədilər, hətta bir qurtum su da bizə vermədilər. Sərnişinlərin çoxu ruhi baxımdan ağır vəziyyətdədir". "Ata" Hava Yolları Şirkətinin rəsmisi Məhəmməd Niknam jurnalistlərə aqçıqlamasında təyyarənin uçuşunda yaranmış problemdən danışıb: "Təyyarədə yaranan texniki nasazlığın səbəbi hələlik bəlli deyil. Mütəxəssislərimiz məsələni araşdırır".