Ərdəbildə Babək qalasına yürüşlə bağlı afışalar yayılıb Güney Azərbaycan

Ərdəbildə Babək qalasına yürüşlə bağlı afışalar yayılıb

Milli fəallar azərbaycanlılara çağırış ediblər.

İyunun 28-də ərdəbilli milli-mədəni fəallar şəhərin əksər bölgələrində illik Babək qurultayına çağırış afişaları yayıb, azərbaycanlıları Babək qalasına toplaşmağa səsləyiblər.

Afişalarda "Ata Babəkin doğum günü qutlu olsun", "Ailə ilə birlikdə Bəz qalasında olaq" ,"Görüşümüz 1 iyul 2022" və
"Qalasında Babəkin səs batmayıbdır, indidə vardır daima Babəklə bağlanan peyman səsi" məzmunlu şüaarlar yazılıb və toplantı tarixi qeyd olunub.

Qeyd edək ki, Azərbaycanın xalq qəhrəmanı Babək Xürrəminin anım günü münasibətilə hər il iyunun sonunda Bəzz qalasına ənənəvi yürüş keçirilir.

Qurultay ərəfəsində bütün Azərbaycan şəhərlərində təhlükəsizlik qüvvələrinin sayı artırılır. Yollarda polis və ordunun nəzarəti gücləndirilir. Kəleybər mahalı və Babək qalasına gedən yolların çoxu bağlanır və bir çox nöqtələrdə axtarış postu yerləşdirilir.

Eyni zamanda müxtəlif şəhərlərdə Bəzz qalasına yürüşün təşkilatçılığında şübhəli bilinən bir çox insan həbs edilir.

Gunaz.tv