Güney Azərbaycanda bölgələrində uşaqla arasında türkcə kitablar paylanılıb Güney Azərbaycan

Güney Azərbaycanda bölgələrində uşaqla arasında türkcə kitablar paylanılıb

Dekabrın 17-dən başlayaraq Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu (Urmiya) və Qoşaçay (Miyandab) şəhərlərində uşaqlar arasında Azərbaycan türkcəsində nəşr edilən kitablar paylanılıb.

Gunaz.tv

Mədəni aksiya 1946-cı il dekabrın 17-də Pəhləvi rejimi tərəfindən Azərbaycan türkcəsində nəşr olunan kitabların yandırılmasının ildönümü ilə bağlı keçirilib.

İran Konstitusiyasının 15-ci maddəsinə əsasən qeyri-fars dillərinin tədrisinin və mediada istifadəsinin azad elan edilməsinə baxmayaraq, İran hökuməti 40 ildən artıqdır ki, müxtəlif bəhanələrlə bu prinsipin həyata keçirilməsinə mane olub və 40 milyon türkü təhsil hüququndan məhrum edib.