Siyasi məhbus Xamneyiyə məktub yazıb Güney Azərbaycan

Siyasi məhbus Xamneyiyə məktub yazıb

İranın keçmiş prezidenti Məhəmməd Xatəmi hökumətindəki daxili işlər nazirinin müavini vəzifəsində işləmiş islahatçı siyasi məhbus Mustafa Taczadə, ölkənin dini lideri Əli Xamneyiyə qarşıdan gələn seçkilərdə səlahiyyəti rədd olunmuş namizədlərlə bağlı məktub yazıb.
Öz məktubunda Xamneyinin iki həftə əvvəl parlament və Üləma Məclisi seçkilərində namizədliyini irəli sürmüş islahatçı şəxslərin səlahiyyətinin rədd edilməsini məmnunluqla qarşılamasına toxunan Taczadə, qeyd edib ki, İrandakı seçkilər hətta İraq və Əfqanıstandakı seçkilərdən də qeyri şəffafdır: "Biz Avropa ölkələrində, o cümlədən İsveçrə, İsveç, Almaniya və İtaliyada kençirilən seçkiləri İran İslam Respublikasında keçirilən seçkilərlə müqayisə etmək istəmirik. Biz regiondakı bir sıra müsəlman ölkələrində seçkilərklə bağlı vəziyyətə toxunmaq istəyirik.
Bu gün İraq, Livan, Türkiyə, Malayziya, Tunis, Əfqanıstan və Fələstində müsəlman və marksist, liberal və sosialist, hicablı və hicabsız, qadın və kişi əqidəsindən və dünya görüşündən asılı olmayaraq azad bir şəraitdə seçkilərə qatılır, bir-biri ilə rəqabət aparır və bərabər şəraitdə media orqanlarından faydalanaraq təbliğat aparırlar. Bir sözlə, bu gün demokratiyadan məhrum olan hətta İraq, Əfqanıstan və Fələstində keçirilən seçkilər, İraxcnda keçirilən seçkilərdən qat-qat azaddır".
Qeyd edək ki, Mustafa Taczadə 2009-cu ildə İranda keçirilən prezident seçkisinin rəsmi nəticələrinə qarşı kütləvi etirazlardan az sonra tutulub və həmin vaxtdan Tehranın Evin zindanında saxlanılır.