Bakı, Sumqayıt və Abşeron üzrə sentyabr ayının pensiyaları ödənilib
Bakıda 60 küçədə təmir işləri yekunlaşdırılıb, 15-də işlər davam edir
Prezidentin xüsusi nümayəndəsi: Xankəndi şəhərində 28 min insan yaşayır
Körfəz ölkələri və İran Omanda Hörmüzlə bağlı sövdələşməni müzakirə edəcəklər
Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ilk dəfə azad edilmiş ərazilərə səfər edib
5 İyun 2023 16:33
7 945
Bir neçə gün bundan öncə Güney Azərbaycanın Biləsuvar və Germi bölgələrində baş verən sel daşqınları nəticəsində minlərlə insan xəsarət alıb.
Gunaz.tv
Əlaqədar dövlət qurumlarının vətəndaşlara yetərli yardım etmədiyi üçün, güneyli könüllülər öz vəsaitləri hesabına bölgə əhalisinə yardım etməyə başlayıblar.
Qısa müddətdə bir çox bölgələrdən içməli su və ərzaq dolu yardım maşınlarının bölgəyə yola düşməsi təəccüblü görünsə dı, hökumət məmurlarının narahatlığına səbəb olub.
Könüllülərin və sosial media fəallarının verdiyi məlumata görə, hökumət məmurları yardım aparan maşınları saxlayaraq polis bölmələrinə yönləndirib.
Saatlarla sorğu-sual edilən könüllülərə onların zərərçəkənlərə yardım etmək səlahiyyətlərinin olmadığını, yardımların Qızıl Aypara Cəmiyyətinə təhvil verilməsini tələb ediblər.
Könüllülər Qızıl Aypara Cəmiyyətinin günlərdir öz borcunu yerinə yetirmədiyini deyərək məmurların tələbini rədd ediblər.
Qeyd edək ki, mayın 31-i və iyunun 1-də Biləsuvar və Germidə baş verən sel daşqınları onlarla kəndə ciddi ziyan vurub.
Yollar, elektrik və qaz xəttləri, habelə körpülər dağılıb, kəndlilərin çox sayda mal-qarasını sel aparıb.
Hazırda adı çəkilən bölgələrdə içməli su və ərzaq qıtlığı yaşanır.
10 Sentyabr 13:43
1 022
10 Sentyabr 11:43
1 092
10 Sentyabr 11:26
1 078