29 Avqust 11:17
28 Avqust 14:41
14 Fevral 2024 15:12
5 908
Son bir neçə həftə ərzində baş verən yağıntılar nəticəsində Urmu gölündə canlanma müşahidə olunur.
Gunaz.tv
Gölün qurumasının qarşısını almaq istiqamətində vəd edilən tədbirləri həyata keçirməyən hakimiyyət, bunu bərpa layihələrinin nəticəsi kimi qələmə verməyə çalışır.
Bu qəbildən olan təbliğatın davamında İranın Ətraf Mühit Təşkilatının başçısı Əli Səlaciqə oxşar iddia ilə çıxış edib.
O, İran mediasında verdiyi müsahibədə Urmu gölünün bərpası işlərinin ikinci mərhələsinin başlandığını deyib.
Səlaciqə bundan əvvəl gölün bərpası üçün bir neçə ölkə, o cümlədən Yaponiya ilə əməkdaşlığın nəzərdə tutuluduğunu, ncaq hazırda bununla yalnız İranın əlaqədar qurumlarının məşğul olduğunu bildirib.
Qeyd edək ki, bir müddət əvvələ kimi 96%-nin quruduğu Urmu gölündə, bir neçə həftəlik yağıntılardan sonra cüzi canlanma qeydə alınıb.
Ekoloqlar bunun müvəqqəti olduğunu və isti havaların başlaması, yağıntıların dayanması ilə göldə su həcminin yenidən azalacağını bildirirlər.
28 Avqust 10:48
1 799
25 Avqust 11:15
2 954
25 Avqust 11:13
2 828