29 Avqust 11:17
28 Avqust 14:41
18 Fevral 2024 13:56
8 162
21 fevral Beynəlxalq Ana Dili Günü ərəfəsində milli-mədəni fəallar Ərdəbil şəhərində mədəni aksiya keçirib və uşaqlara Azərbaycan dilində kitablar paylayıblar.
Gunaz.tv
Bu barədə fəallar sosial mediada paylaşım ediblər.
"Kimlik qalamız, ana dilimiz" şüarı altında keçirilən mədəni aksiyada Azərbaycan dili, mədəniyyəti və ana dilində təhsil hüququ ilə bağlı məarifləndirici büllettenlər də paylanılıb.
Qeyd edək ki, hər il 21 fevral Beynəlxalq Ana Dili günü, 17 dekabr Azərbaycan dilində kitabların 1946-cı ildə yandırılmasının ildönümü günü və İranda yeni təhsil ilinin başlanması ilə əlaqədar oxşar tədbirlər keçirilir.
İran Konstitusiyasının 15-ci maddəsinə əsasən qeyri-fars dillərinin tədrisinin və mediada istifadəsinin azad elan edilməsinə baxmayaraq, İran hökuməti 44 ildır ki, müxtəlif bəhanələrlə bu prinsipin həyata keçirilməsinə mane olub və on milyonlarla azərbaycanlını ana dilində təhsil hüququndan məhrum edib.
28 Avqust 10:48
1 792
25 Avqust 11:15
2 947
25 Avqust 11:13
2 821