Tanınmış aktivist müvəqqəti azad olunub Güney Azərbaycan

Tanınmış aktivist müvəqqəti azad olunub

Güney Azərbaycan milli hərəkatının məşhur aktivisti Yürüş Mehrəlibəyli açılmış işin tədqiqatı bitirilənədək fevralın 18-i müvəqqəti azad olunub.

Gunaz.tv

Təbriz şəhəri Mərkəzi Həbsxanası müdiriyyətinin tələbinə əsasən aktivistin ailəsi zəmanət qismində 2 milyar tümənlik mülk sənədi qoyaraq aktivistin Həbsxandan azad edildiyini bildirib.

Xatırladaq ki, Yürüş Mehrəlibəyli 100 gündən artıq, o cümlədən Təbriz şəhəri Təhlükəsizlik İdarəsində həbsdə saxalanılıb.

Aktivist ötən ilin noyabr ayının 7-də həbs olunaraq müvəqqəti azad olunmasına qədər hüquq normalarına əsasən vəkillə təmin olunmasına, həmçinin ailəsi ilə görüşünə icazə verilməyib.

Aktivist azad olunarkən güeny azərbaycanlı aktivistlər tərəfindən qarşılanmaqla Azərbayacan milli himni oxunulub.