29 Avqust 11:17
28 Avqust 14:41
22 Fevral 2024 19:30
8 827
Şərqi Azərbaycan əyalətinin Marağa şəhərində İran parlamentinə XXII çağırış seçkilərə namizədlərdən birinin seçki qərargahına hücum edilib.
Gunaz.tv
Bu barədə yerli media məlumat yayıb.
Bildirilib ki, fevralın 21-i gecə saatlarında başqa namizədlərdən birinin tərəfdarları Seyid Fərid Musəvinin seçki qərargahına basqın edib.
Xəncər və başqa soyuq silahlarla hücum edən dəstə binanın qapı və pəncərələrini sındrıb.
Rəsmi məlumatda münaqişə nəticəsində heç kimin xəsarət almadığı bildirilib.
Yerli sosial media fəalları isə qarşıdurma zamanı bir neçə nəfərin yaralandığını yazıblar.
Qeyd edək ki, ekspertlər seçkilərin sönük keçəcəyini proqnozlaşdırırlar.
"Vətənə emruz" qəzetinin keçirdiyi rəy sorğusuna görə, iranlıların 52%-i seçkilərin nə vaxt keçiriləcəyindən məlumatsızdır.
28 Avqust 10:48
1 785
25 Avqust 11:15
2 940
25 Avqust 11:13
2 814