29 Avqust 11:17
28 Avqust 14:41
27 Fevral 2024 12:05
6 699
Urmiya gölü ətrafında qar ehtiyatlarının mövcudluğu ilə bağlı yayılan peyk fotoları və gölüdə suyun artması ilə bağlı iddialara aldanmayıb.
Gunaz.tv
Bunu Təbriz Universitetinin Planlaşdırma və Ətraf mühit Elmləri Fakültəsinin rəhbəri Behruz Sari deyib.
O, az miqdarda göldə yığılan suyun müvəqqəti olduğunu və yaxın vaxtlarda buxarlanaraq yenidən quruyacağını söyləyib.
"Su ehtiyatlarının kompleks planlaşdırılması və idarə edilməsinə güclü ehtiyac var. Qış mövsümündə gölün su hövzəsindəki kiçik qar örtüyü və axan su sizi çox sevindirməsin",- Sarı bildirib.
Xatırladaq ki, son vaxtlar mövsimi yağıntıların və qarların əriməsi nəticəsində göldə nisbi su canlanma hiss olunur.
Hakimiyyətisə bunu Urmu gölünün bərpası layihəsinin nəticəsi kimi qələmə verməyə çalışır.
Qeyd edək ki, Urmu gölünün normal ekoloji su həcmi 30 milyard kubmetrdən çox, minimum ekoloji sahəsi isə 4635 kvadrat kilometr olmalıdır.
Ancaq hazırda gölün sahəsi və su həcmi qeyd olunan normal ekoloji vəziyyətinin 10 faizi qədər deyil.
28 Avqust 10:48
1 785
25 Avqust 11:15
2 940
25 Avqust 11:13
2 814