Güneyli aktivistə maksimum cəza verilməsi tələb olunub Güney Azərbaycan

Güneyli aktivistə maksimum cəza verilməsi tələb olunub

Təbriz şəhərinin prokuroru güneyli milli-mədəni aktivist Boksor Kərim kimi tanınaa Kərim İsamyılzadəyə maksimum cəza verilməsini tələb edib.

Gunaz.tv

Prokuror Məhbub Əlilu 4 səhifədən ibarət ittiham aktı göndərməklə Apellyasiya Məhkəməsinin 2- Şöbəsindən aktivitin əleyhinə mümkün qədər ağır cəza verilməsini xahiş edib.

Qeyd edək ki, Kərim İsamyılzadənin fəaliyyətləri İran konstitusiyasına tamamilə uyğundur.

Aktivist Urmu Gölünün acınacaqlı vəziyyətdə olduğu və Araz çayının Ermənistan tərəfindən radioaktiv tullantılarla çirkləndiyi barədə sosial şəbəkələrdə “Urmu və Araz üçün birlik” kompanoyasına start vermişdir.

O, bu tip qanuni fəaliyyətlərinə görə martın 6-da 6 ayadək həbsə məhkum olunub.

Bu azmış kimi Təbriz şəhərinin prokuroru ona maksimum cəza verilməsini tələb edib.