29 Avqust 11:17
28 Avqust 14:41
12 Mart 2024 12:39
8 197
Artıq ekologiya və su məsələsi bir ölkənin daxili problemideyil və buna görə Yaponiya Urmu gölü və Ənzəli bataqlığını bərpa etməyə hazırdır.
Gunaz.tv
Bunu Yaponiyanın İrandakı səfiri Tesukada Tamaki deyib.
O, bunu İran Ətraf Mühitin Mühafizəsi Təşkilatının başçısı Əli Səlaciqə ilə müzakirə etdiyini bildirib.
Qeyd edək ki, Yaponiya hökuməti bir neçə il əvvəl də Urmu gölünün bərpasını öz üzərinə götürməyi təklif edib, ancaq İran tərəfi buna müsbət cavab verməyib.
Bununla yanaşı Tokionun gölün bərpası layihəsi üçün maliyyə yardımı təyinatı üzrə xərclənməyib.
Qeyd edək ki, Urmu gölünün normal ekoloji su həcmi 30 milyard kubmetrdən çox, minimum ekoloji sahəsi isə 4635 kvadrat kilometr olmalıdır.
Ancaq hazırda gölün sahəsi və su həcmi qeyd olunan normal ekoloji vəziyyətin 5 faizini təşkil edir.
28 Avqust 10:48
1 785
25 Avqust 11:15
2 940
25 Avqust 11:13
2 814