29 Avqust 11:17
28 Avqust 14:41
Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib
Gürcüstan-Moskva marşrut avtobusu qəzaya uğrayıb, 5 nəfər ölüb, 38 nəfər xəsarət alıb
Ararat Mirzoyan erməni diplomatlarla birgə Ermənistan-Türkiyə sərhəd-keçid məntəqəsinə baş çəkib
FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
"Tarixlə tarixçi alimlər məşğul olmalıdır"-Qüdrət Həsənquliyev
21 İyun 2024 17:11
7 805
Güney Azərbaycan Milli Dövlətçilik Şurası iyunun 28-də İranda keçirilməsi planlaşdırılan 14-cü dövr prezident seçkiləri ilə bağlı bəyanat yayıb.
Gunaz.tv
Bəyanatda deyilir:
""İran " adlanan ölkədə İbrahim Rəisinin helikopter qəzası sonucu ölümünün ardınca növbədənkənar prezident seçkiləri qərarlaşdırılmışdır.
"İran"da keçirilən ən son seçki nümayişinə əhalinin mütləq etinasızlığı açıqca göstərdi ki, artıq, bu ölkədə seçki yolu ilə hər hansı bir dəyişikliyin gerçəkləşəcəyinə kimsənin inancı qalmamışdır. Digər tərəfdən Güney Azərbaycan xalqının, həmin seçkiləri, birmənalı olaraq, boykot etməsi, başqa bir gerçəkliyi də dünya ictimaiyyətinin gözü önünə sərdi. O da, məhz ondan ibarət idi ki, artıq Güney Azərbaycan İran mərkəzli, fars meyvəli hər hansı bir prosesin içində yer almaq istəmir və öz müqəddəratını farsın və ya başqasının deyil, özünün dövlətçiliyi çərçivəsində təyin etmək niyyətindədir. Bu isə, fars şovinizmi və onun hakim nümayəndəsi-İran işğal rejimini yeni tədbirlər görməyə sövq etdirmişdir.
"İran" adlanan dövlətin, bu tədbirlərini, əsasən , Güney Azərbaycan üzərindən gerçəkləşdirməyə çalışması və artıq köhnəlmiş olan hiləgərlikləri ilə xalqımızı fars mərkəzli "İran" oyunlarına çəkmək istəməsi, açıqca göstərir ki, xalqımızın seçki nümayişini boykot edərək verdiyi məsaji anlamış və ciddi bir biçimdə qorxuya düşmüşdür.
Güney Azərbaycan Milli Dövlətçilik Şurası olaraq, əminliklə ifadə etmək istəyirik ki, Güney Azərbaycan xalqı və Milli Hərəkatımızın dəyərli nümayəndələri seçki manevrlərinin mahiyyətini bütün dərinliyi ilə dərk edir və fars şovinizminin növbəti hiləgərliyini də, daha öncəki seçki nümayişlərində olduğu kimi, dəf etməkdə qərarlıdır."
Sayqılarımızla,
Güney Azərbaycan Milli Dövlətçilik Şurası adından
Mərkəzi Şura başqanı
Çingiz Göytūrk
21.06.2024-cü il
28 Avqust 10:48
1 750
25 Avqust 11:15
2 898
25 Avqust 11:13
2 786