2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək
MN rəhbərliyi "Birliyin Gücü - 2026" birgə hərbi təlimini izləyib - VİDEO
Rüfət Mahmud: İçərişəhərdə səs siqnallarından istifadə mühiti pozur, bunun üzərində işləyirik
Azərbaycandan Afrikaya çarter reyslərinin təşkili nəzərdə tutulur
14 Avqust 2024 17:39
11 543
Şərqi Azərbaycan əyalətinin Radio Televiziya Qurumunun başçısı Əkbər Rzayinin ədəbi Azərbaycanın türkcəsini "Bakı dili" adlandırması etirazlara səbəb olub.
Gunaz.tv
Bu barədə güneyli sosial media və mədəni fəallar məlumat yayıblar.
Bildirilib ki, Rzayinin Azərbaycan türkcəsi barədə dedikləri və Güney Azərbaycanda istifadə olunan türkcəsinin farslaşdırılması istiqamətindəki çıxışları narazılıqla qarşılaşıb.
Sosial mediada kampaniya başladan azərbaycanlılar onun üzr istəməsini, əks təqdirdə istefa verməsini tələb edirlər.
Qeyd edək ki, Əkbər Rzayi Azərbaycan Respublikasının rəsmi dövlət dilini "Bakı dili" adlandırıb və bunun İranda istifadə edilməsindən narazılığını bildirib.
O, əyalətin Səhənd televizyasının xəbərlər proqramında "yanğın" sözü işlədildiyini nümunə göstərib və bu sözün yerinə farsca qarşılığı olan "atəşsuzi" sözündən istifadə edilməli olduğunu deyib.
İran rəsmilərinin Güney Azərbaycanda yeni ”ədəbi dil qaydası” tətbiq etmək istiqamətindəki fəaliyyətləri Tehranın Azərbaycan Respublikası ilə Güney Azərbaycanı mənəvi baxımdan ayırmaq planlarının tərkib hissəsidir və Əkbər Rzayi də bu siyasətə xidmət edir.
17:18
252
22 Sentyabr 13:37
1 596
21 Sentyabr 10:47
1 918