29 Avqust 11:17
28 Avqust 14:41
Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib
Gürcüstan-Moskva marşrut avtobusu qəzaya uğrayıb, 5 nəfər ölüb, 38 nəfər xəsarət alıb
Ararat Mirzoyan erməni diplomatlarla birgə Ermənistan-Türkiyə sərhəd-keçid məntəqəsinə baş çəkib
FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
"Tarixlə tarixçi alimlər məşğul olmalıdır"-Qüdrət Həsənquliyev
2 Sentyabr 2024 14:31
11 795
Təbrizli idmançı Səccad Haşimi Paris 2024 Paralimpiya yarışlarında Türkiyə komandasının tərkibində çıxış edib və qızıl medal qazanıb..
Gunaz.tv
Bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilib ki, o, Sarkan Yıldırım adı ilə 100 metr məsafəyə qaçış üzrə birinci yeri tutub.
2022-ci ilə kimi İranda yaşayan yüngül atlet, ölkədə idmançılara dəyər verilmədiyini deyib və Türkiyəyə sığınıb.
O, bundan əvvəl Azərbaycan əyalətlərində idman sahəsinə diqqət ayrılmadığı barədə mediaya açıqlamalar verib.
"Bir çox türk əsilli idmançı bu səbəbdən İranın digər şəhərlərinin, o cümlədən İsfahan əyalətinin klublarına keçmək məcburiyyətində qalır",- azərbaycanlı idmançı bildirmişdi.
İran mediası Türkiyə vətəndaşlığı və türk adını qəbul edən Səccad Haşiminin (Sarkan Yıldırım) Türkiyə adına qızıl medal qazanmasını qısqanclıq və narahatlıqla qarşılayıb.
28 Avqust 10:48
1 708
25 Avqust 11:15
2 863
25 Avqust 11:13
2 744