“Pirqulu Park” hotelində 600 nəfərlik konqres binası yaradılıb - FOTO
Ayxan Hacızadə Fransanın Azərbaycana səyahət xəbərdarlığını qətiyyətlə pisləyib
Bu gün regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır
Türkiyə və İtaliya şirkətləri yeni zirehli texnikanın sınaqlarını başa çatdırıb
12 azərbaycanlı uşaq türk adlarına görə doğum haqqında şəhadətnaməsiz qalıb
16:47
399
Balamın Adı kampaniyası İranın Qeydiyyat İdarəsinin türkcə adlarına etiraz etməsi səbəbindən doğum haqqında şəhadətnamə ala bilməyən 12 azərbaycanlı uşağın adlarını yayımlayıb.
Gunaz.tv
Balamın Adı kampaniyası öz bəyanatında yazıb:
"Türk, kürd, ərəb, bəluç, lor, gilək və digər dil və mədəni qruplara mənsub uşaqlar üçün yeni dərs ilinin başlanması illərdir davam edən başqa bir məhrumiyyəti də xatırladır: ‘ana dilində təhsil almaq hüququndan məhrumiyyət’. İran Konstitusiyasının 15-ci maddəsi fars dili ilə yanaşı, məktəblərdə “yerli və etnik dillərin ədəbiyyatının tədrisini” azad elan edir. Bu maddənin tətbiqi ana dilində təhsil hüququnun tam təmin edilməsi anlamına gəlməsə də, onun qəbulundan təxminən yarım əsr keçməsinə baxmayaraq, maddənin icrası hələ də təmin olunmayıb. Bu məhrumiyyətlə yanaşı, çox sayda türk uşağı başqa bir problemlə də üzləşir: ‘ana dilində ad hüququndan məhrumiyyət’. Hər il çox sayda uşaq Qeydiyyat İdarəsinin türkcə adlara etiraz etməsi səbəbindən aylarla, hətta illərlə doğum haqqında şəhadətnaməsiz qalır və həyatlarının ilk günlərindən ayrı-seçkiliyin acı nəticələrini yaşayırlar."
Uşağın doğum haqqında şəhadətnaməsiz qalması yalnız inzibati məsələ deyil. Bu vəziyyət onun təhsil və digər əsas hüquq və xidmətlərə çıxışına da təsir göstərə bilər.
Uşaq hüquqları baxımından da Uşaq Hüquqları haqqında Konvensiyanın 7-ci maddəsi uşağın ada sahib olmaq və doğumunun qeydiyyata alınması hüququnu vurğulayır. Konvensiyanın 8-ci maddəsi isə uşağın öz kimliyini, o cümlədən adını qorumaq hüququnu təsbit edir.
Adların siyahısı :
16:46
399
15 Sentyabr 13:41
1 785
15 Sentyabr 13:40
1 638