1 Oktyabr 2024 15:35
9 345
Sentyabrın 30-da Güney Azərbaycanın Təbriz, Ərdəbil və Urmiya şəhərlərində İran Telekommunikasiya Şirkətinin təqaüdçüləri növbəti dəfə etiraz aksiyası keçiriblər.
Gunaz.tv
Bu barədə Azad İşçiıər Birliyi məlumat yayıb.
Təqaüdçülər pensiyalarının artırılmamasına, vaxtında ödənilməməsinə və qanunla nəzərdə tutulmuş başqa haqlarının pozulmasına etirazlarını bildiriblər.
Tələblərini əks etdirən plakatlar qaldıran təqüdçülər Rabitə Nazirliyinin rabitə şirkətlərindəki səhmdarları dəstəklədiyini, işçi və təqaüdçülərin hüquqlarının pozulmasına göz yumduğunu bildiriblər.
22 Sentyabr 13:37
1 526
21 Sentyabr 10:47
1 855
18 Sentyabr 16:47
2 835