Urmu gölünün qurudulmasına qarşı kütləvi etiraz aksiyası keçiriləcək – ÇAĞIRIŞ Güney Azərbaycan

Urmu gölünün qurudulmasına qarşı kütləvi etiraz aksiyası keçiriləcək – ÇAĞIRIŞ

Urmu gölünün İran rejimi tərəfindən qurudulması və ölkə prezidenti Həsən Ruhaninin gölün nicatı ilə bağlı verdiyi vədlərin yerinə yetirilməməsinə etiraz olaraq Güney Azərbaycanın böyük şəhərlərində dinc etiraz aksiyaları keçiriləcək.
Keçən illərdə də azərbaycanlı fəalların təşəbbüsü ilə Urmu gölü ilə bağlı çoxsaylı etiraz aksiyaları keçirilib. Lakin göl hələ də qurudulur və artıq təmami ilə son nəfəslərini çəkir. Bu səbəbdən azərbaycanlı milli-mdəni fəallar yeni etiraz aksiyalarının keçirilməsinə qərar veriblər.
Milli-mədəni fəallar geniş miqyasda yayılan Bildiri vasitəsi ilə soydaşlarımızı bu aksiyaya dəvət ediblər. Bildiridə Urmu gölünün olduqca böhranlı vəziyyətdə olduğu və Həsən Ruhaninin vədlərinin boş olduğu və yerinə yetirilmədiyi xüsusi vurğulanıb.
Etiraz aksiyaları İranın qanunları çərçivəsində və dinc şəkildə keçiriləcək. o üzdən də hökumət qüvvələri heç bir müdaxilə etməməlidir. Necə ki, İsfahan əhalisi Zayəndərud çayı üçün çox rahat şəkildə aksiya keçirdilər.
Aksiyalarda ancaq "Yaşasın Azərbaycan", "Azərbaycan var olsun – İstəməyən kos olsun", "Urmu gölü susuzdur – Azərbaycan oyanmasa uduzdu", "Ruhani, Ruhani – Vədlərin bəs hanı?!" kimi şüarlar səsləndiriləcək.
Aksiyalar son dərəcə dinc və sakit şəkildə keçiriləcək və heç bir zorakılığa yol verilməyəcək.
Etiraz aksiyaları 2-ci və 4-cü gün yəni sentyabrın 9-u və 11-i (seşənbə və pəncşənbə günləri – şəhrivərin 18 və 20-də) vilayətlərin (ostan) mərkəzi şəhərlərində Valilik (ostandarı) və İslam Şurası Məclisinin qarşısında həyata keçiriləcək. 2-ci gün (seşənbə günü) yerli vaxtla saat 18:00-da və 4-cü gün (pəncşənbə günü) saat 17:00-da başlayacaq.
Görüş yerləri:
Təbriz: Rasta küçəsi və bazar valiliyə (ostandari) tərəf
Urmiyə: İmam və Ətai xiyabanlarının kəsişməsi (təqato) Əyalətə tərəf
Ərdəbil: Şəriəti və Sərçeşmə meydanları valiliyə tərəf
Zəngan: Sədi valiliyə tərəf
Qəzvin: Mir Emad və Fələstin xiyabanlarının kəsişməsi valiliyə tərəf
Həmədan: Besət Bulvarı və Mərdom parkı valiliyə tərəf
Tehran: Bəharistan, İran islam şurası məclisinə tərəf
Məlumatlara görə, digər bölgələrdən də aksiya keçiriləcək təyin olunmuş şəhərlərə gələnlər olacaq.