İranın "Azərbaycan Respublikası ilə Ticarətin İnkişafı üzrə Baş İdarə"sinə sədr təyin olunub Güney Azərbaycan

İranın "Azərbaycan Respublikası ilə Ticarətin İnkişafı üzrə Baş İdarə"sinə sədr təyin olunub

İranın “Sənaye, Mədən və Ticarət” naziri Şərqi Azərbaycan qubernatoru Məhəmməd Rza Purməhəmmədinin "Azərbaycan Respublikası ilə Ticarətin İnkişafı üzrə Baş İdarə"nin rəisi təyin edilməsi barədə fərman imzalayıb.

“Əlirza Rəzm Hüsseyini”, “Cənubi Qafqaz bölgəsindəki son dəyişiklilklərə toxunaraq, qeyri-neft ixracatını artırmaq, qonşu ölkələrlə əməkdaşlığı genişləndirmək üçün yaranmış fürsətdən ən yaxşı şəkildə istifadə etməyin lazım olduğu” bildirib.

Qərarda deyilir: “Xarici İşlər Nazirliyi, İran Ticarət İnkişafı Təşkilatı, Qərbi Azərbaycan, Ərdəbil, Gilan və Zəncan qubernatorları, Ticarət Palatası, Sənaye, Mədən və Kənd Təsərrüfatı Palatası, İran Kooperativ Palatası, Əyalətlərin Sənaye, Mədən və Ticarət Təşkilatı və digər əlaqədar qurumlar

Azərbaycan Respublikasının azad edilmiş ərazilərinin yenidən qurulmasında fəal iştirak üçün müvafiq fəaliyyət planının tərtib edilməsi və həyata keçirilməsində lazımi səyi göstərsinlər və vaxtaşırı nazirliyə hesabatlarını təqdim etsinlər”.

Qeyd etmək lazımdır ki, Qarabağın və başqa işğal olunmuş torpaqların azad edilməsi uğrunda aparılan əməliyyatlarda sərgilədiyi ədalətsiz mövqeyə görə Arazın hər iki tayında azərbaycanlıların ciddi qınağına tuş gələn Tehran hökuməti, azad edilmiş bölgələrin yenidənqurulma işlərində pay almaq üçün ciddi səylər göstərir.

Mövqeyinə görə azərbaycanlılar tərəfindən qınanılan Tehran hökuməti maraqlarını təmin etmək və yenidənqurma işlərinə qatılmaq üçün Güney Azərbaycan əyalətlərinin adı arxasında gizlənir.

Tehran bu yolla Təbriz və Ərdəbil adı altında Azərbaycanda sarsılmış dayaqlarını yenidən bərkitməyə, özünə qarşı olan haqlı acığı azaltmağa çalışır.

Gunaz.tv