30 Mart 2022 09:34
9 030
Argentina millisi DÇ-2022-nin seçmə mərhələsində Ekvadorla heç-heçə edib (1:1).
Apasport.az saytının məlumatına görə, argentinalılar 90+3-cü dəqiqədə qol buraxaraq qələbəni əldən veriblər.
Buna baxmayaraq, “tanqocular” məğlubiyyətsiz oyunlar seriyasını 31-ə çatdırmağı bacarıb. Bununla Argentina yığması tarixinin ən uzunmüddətli məğlubiyyətsizlik seriyası rekordunu təkrarlayıb. Cənubi Amerika təmsilçisi 1991-1993-cü illərdə də eyni göstəriciyə imza atıb.
Qeyd edək ki, Argentina millisi Cənubi Amerika zonasında ikinci yeri tutaraq dünya çempionatına vəsiqə qazanıb.
26 Mart 12:39
1 785
25 Mart 16:33
2 107
25 Mart 14:06
2 170