16 Avqust 2022 18:01
9 954
23 yaşadək futbolçulardan ibarət Azərbaycan komandası V İslam Həmrəyliyi Oyunlarının bürünc medalını qazanıb.
Trend-in məlumatına görə, komanda finalda Əlcəzair millisi ilə qarşılaşıb.
Əsas vaxtda qarşılaşma heç-heçə başa çatıb. Penaltilər seriyasının nəticələrinə görə, Azərbaycan 4:3 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları Türkiyənin Konya şəhərində keçirilir. Yarışlar avqustun 18-dək davam edəcək.
İslam Həmrəyliyi Oyunlarında İslam Əməkdaşlıq Təşkilatına üzv olan 56 ölkənin idmançıları iştirak edir.
12:39
497
25 Mart 16:33
1 162
25 Mart 14:06
1 225