Kriştiano Ronaldo “Əl-Nəsr”də rəsmi debüt edib İdman

Kriştiano Ronaldo “Əl-Nəsr”də rəsmi debüt edib

Kriştiano Ronaldonun yeni komandası “Əl-Nəsr” Səudiyyə Ərəbistanı çempionatında növbəti oyununa çıxıb.

Ər-Riyad təmsilçisi 14-cü turda öz meydanında “Əl-İttifaq”la qarşılaşıb.

Oyun "Əl-Nəsr"in qələbəsi ilə başa çatıb - 1:0. Yeganə qolu 31-ci dəqiqədə Anderson Taliska vurub.
Kapitan sarğısı ilə start heyətdə meydana çıxan Ronaldo sonadək oynayıb. Bu, 38 yaşlı futbolçunun "Əl-Nəsr"də ilk rəsmi oyunu olub.