Braziliya klubu 75 yaşlı məşqçi ilə vidalaşıb İdman

Braziliya klubu 75 yaşlı məşqçi ilə vidalaşıb

Luis Felipe Skolari “Atletiko Mineyro” ilə yollarını ayırıb.

İdman.biz xəbər verir ki, tərəflər qarşılıqlı şəkildə əməkdaşlığa son qoyublar.

Təcrübəli mütəxəssis 2023-cü ilin yayından Mineyro klubuna başçılıq edib. Komanda onun rəhbərliyi ilə 41 oyun keçirib. “Ağ qaralar” 19 matçda qələbə qazanıb, 10 dəfə heç-heçə edib, 12 görüşdə uduzub. “Atletiko Mineyro” onun başçılığı ilə Braziliya A seriyasında 2023-cü il mövsümünü 3-cü pillədə başa vurub.

Qeyd edək ki, 75 yaşlı mütəxəssis “Çelsi”, Portuqaliya və Braziliya yığmalarında fəaliyyət göstərib.