
“Bu, Azərbaycanın artan beynəlxalq nüfuzunu bir daha təsdiqlədi”
18 Oktyabr 20:32
18 Oktyabr 20:32
18 Oktyabr 12:10
17 Oktyabr 18:26
17 Oktyabr 16:55
Qarsda Türk Dünyasının Elmi Birliyini Gücləndirən Beynəlxalq Simpozium Keçirilib
Qəzzanın cənubunda yenidən toqquşmalar başlayıb, Netanyahu Orduya əmr verib - YENİLƏNİB-4
Ukrayna Ordusu Rusiyada neft və qaz emalı zavodlarına zərbə endirib
Oktyabrın 22-dək fasilələrlə yağış yağacaq, leysan olacaq, dolu düşəcək
Dekabrın 11-də Alpinizm Federasiyasının idman zalında Gənclər və İdman Nazirliyi və Azərbaycan Alpinizm Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında idman dırmanması üzrə yarışlara yekun vurulub.
Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən Xalqcebhesi.az-a verilən məlumata görə, yarışda iştirak edən FHN-in 4 nəfərdən ibarət idman dırmanma üzrə komandasının üzvləri yüksək nailiyyətlər əldə etməyi bacarıblar. Belə ki, qadınlar arasında Bakı Regional Mərkəzinin əməkdaşı daxili xidmət leytenant Leyla Əliyeva ən yüksək hündürlüyə hamıdan cəld dırmanaraq bütün rəqiblərinə qalib gəlib və çempion adını qazanıb. Qadınlar arasında komandanın digər üzvü – Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı gizir Sima Səfərova gümüş, kişilər arasında isə Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı gizir Anar Novruzov bürünc medalın sahibi olub.
Qaliblər Gənclər və İdman Nazirliyinin diplom və medalı ilə mükafatlandırılıblar.