ƏHD Partiyası Ali Məclisinin iclası keçirilib
14 Mart 13:39
14 Mart 13:39
13 Mart 21:31
13 Mart 21:24
12 Fevral 2025 15:44
5 824
İspaniyanın “Barselona” klubu futbolçusu Robert Levandovski ilə yeni müqavilə imzalayacaq.
AZƏRTAC İspaniya mətbuatına istinadən xəbər verir ki, tərəflər sözləşmə müddətinin daha 1 il uzadılması ilə bağlı razılığa gəlib.
Daha əvvəl polşalı hücumçunun Səudiyyə Ərəbistanından illik 100 milyon avro dəyərində təklif aldığı, ancaq bunu qəbul etmədiyi bildirilib. 37 yaşlı forvard karyerasını Kataloniya klubunda davam etdirmək istəyir.
Qeyd edək ki, “Barselona”ya 2022-ci ilin yayında Almaniyanın “Bavariya” klubundan keçən Robert Levandovski bu mövsüm La Liqada 19 qolla bombardirlik yarışına başçılıq edir.
14 Mart 18:26
1 127
14 Mart 09:13
1 218
13 Mart 17:20
1 589