22 Dekabr 2025 08:31
4 536
Niderland Krallığının Rotterdam şəhərində Beniluks Azərbaycanlıları Konqresinin (BAK) fəaliyyətinin 19 illiyi qeyd olunub.
Xalqcebhesi.az xəbər verir ki, tədbiri açan BAK-ın sədri Elşəvər Məmmədov iştirakçılara Konqresin bu illər ərzində gördüyü işlər və fəaliyyəti haqqında geniş məlumat verib. O, qonaqları BAK-ın 19 illiyi, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və qarşıdan gələn Yeni il münasibətilə təbrik edib.
Tədbir çərçivəsində BAK sədrinin birinci müavini Sima Cəfərovanın Cənubi Azərbaycan mövzusunda qələmə aldığı musiqili marş səsləndirilib. Eyni zamanda 2026-cı ildə həyata keçirilməsi planlaşdırılan fəaliyyətlər barədə qonaqlara ətraflı məlumat verilib.
Sonda tədbirdə iştirak edən BAK üzvlərinə yeni üzvlük vəsiqələri təqdim olunub.
Cavid
5 İyul 20:01
896
5 İyul 20:00
889
5 İyul 19:54
791
Niyaməddin Orduxanlının rəhbərlik etdiyi QHT Əmircan bələdiyyəsində görüş keçirib

