26 İyun 17:12
12 May 11:42
5 775
ABŞ-nin Milli Basketbol Assosiasiyasının (NBA) pley-off mərhələsində yarımfinal mərhələsinin növbəti oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, “Oklahoma Siti Tander” “Los-Anceles Leykers”i 115:110 hesabı ilə məğlub edib. Bununla da son çempion seriyanı 4:0 hesabı ilə qazanaraq Qərb Konfransının finalına yüksəlib. Komanda həlledici mərhələdə “San-Antonio Spörs” – “Minnesota” cütünün qalibi ilə qarşılaşacaq.
Şərq Konfransında isə “Klivlend Kavalyers” doğma meydanda “Detroit Pistons” üzərində qələbə qazanıb. Ohayo təmsilçisi rəqibini 112:103 hesabı ilə məğlub edib. Hazırda seriyada hesab bərabərdir — 2:2. Komandalar arasında beşinci görüş mayın 13-də “Pistons”un meydanında keçiriləcək. Bu cütün qalibi Şərq Konfransının finalında “Nyu-York Niks”ə rəqib olacaq.
27 İyun 11:30
1 302
26 İyun 16:20
1 372
26 İyun 13:28
2 121