Bernd Ştange: "Koronavirusa görə Azərbaycana gedə bilmirəm" İdman

Bernd Ştange: "Koronavirusa görə Azərbaycana gedə bilmirəm"

Almaniyalı məşqçi Bernd Ştangenin Azərbaycana gəlmək planını koronavirus pandemiyası pozub.

Bunu 72 yaşlı mütəxəssis özü yerli mətbuata açıqlamasında deyib.

Son iş yeri Suriya millisindən ötən il ayrılan Ştange marifləndirici mühazirə vermək üçün Azərbaycan və Belarusdan dəvət aldığını, lakin səfərinin baş tutmadığını söyləyib: "Əslində bu günlərdə Azərbaycanda olmalı, mühazirə verməli idim. Lakin koronavirus xəstəliyinin yayılması səbəbindən səfərim təxirə salındı. Mən mütəxəssislərin evdə qalmaqla bağlı göstərişlərinə ciddi əməl edirəm".

Son 10 ildə Belarus, Sinqapur, Suriya kimi yığmaları çalışdırmış Ştange məşqçiliyə qayıdacağını da istisna etməyib. O, Kiprin bir klubundan təklif aldığını vurğulayıb.