
Venesuela ABŞ-ı balıqçı gəmisini ələ keçirməkdə ittiham edib
13 Sentyabr 22:59
13 Sentyabr 22:59
13 Sentyabr 22:00
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
“2020-ci il qətiliklə bütün dünya üçün çox çətin ildir və futbol da istisna deyil”.
Apasport.az saytının məlumatına görə, bunu FİFA prezidenti Canni İnfantino deyib.
Ali futbol qurumunun rəhbəri 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatına hazırlığın yüksək səviyyədə görüldüyünü söyləyib: “Bütün çətinliklərə baxmayaraq, son bir neçə ayda Qətərdə unudulmaz dünya çempionatının hazırlığında davamlı irəliləyiş gördük. Bu irəliləyiş Qətər əmirinin rəhbərliyi altında əldə edilib. Bir neçə həftə əvvəl Dohaya qısa səfərim zamanı hazırlıqların nə qədər yaxşı getdiyini şəxsən gördüm. Mundialı səbirsizliklə gözləyirəm. Dünyanın hər yerindən gələn azarkeşlər burada misilsiz duyğular alacaq və əlbəttə ki, bu, tarixin ən yaxşı dünya çempionatı olacaq”.
Qeyd edək ki, dünya çempionatı 2022-ci il 21 noyabr – 18 dekabr tarixlərində keçiriləcək.