Tehran: "Səma ya hamı üçün açıq olmalıdır, ya da heç kim üçün"
25 Sentyabr 16:54
25 Sentyabr 16:54
25 Sentyabr 15:07
25 Sentyabr 14:10
“Anım Günü şəhidlərin adlarının daim yaşadılması baxımından xüsusi əhəmiyyət daşıyır”
Əliyev Yeltsinlə niyə görüşmüşdü? - Vaşinqtonda verilən cavab və BMT-nin xilası
Çin və ABŞ 30 milyard dollarlıq rüsumları qarşılıqlı azaldır
Pezeşkiyan: Hörmüz boğazının açılması memoranduma uyğun həyata keçirilməlidir
16 İyun 2021 12:11
10 479
İyunun 13-də İsmayıllı rayonunda Milli Qurtuluş gününə həsr olunmuş Karate-Do idman birinciliyi üzrə açıq turnir keçirilib. Pandemiya qaydalarına uyğun keçirilən tədbirdə RİH başçısının müavini, Gənclər və İdman Nazirliyinin, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin, İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin, Bakı Karate-Do Akademiyasının məsul əməkdaşları iştirak edib. Ulu öndərin abidəsini ziyarət edən qonaqlar onun xatirəsini yad ediblər. Talıstan Forest İstirahət kompleksində keçirilən turnirdə Bakı, Sumqayıt, Gəncə şəhərlərindən, İsmayıllı, Ağstafa, Biləsuvar, Sabirabad, Şəki, Səlyandan rayonlarından 20-ə yaxın komandanın idmançıları 6 yaş qrupunda mübarizə aparıblar. Turnirdə Sumqayıtdakı Buta Gənclər Klubunun idmançıları da yarışaraq 11 qızıl, 6 gümüş, 7 bürünc medal qazanıblar. Bu nəticə ilə Buta Gənclər Klubu bütün komandaları üstələyərək l yerə layiq görülüb. Klubun yetirmələri olan İbadovlar ailəsinin üç üzvü də qalib olub. Belə ki, Nuray İbadova I, Nihat və Mayıl isə lll yerə layiq görülüblər. Qeyd edək ki, onların karate müəllimi Buta Gənclər Klubunun rəhbəri Pərviz Quliyevdir. Yarışın keçirilməsində məqsəd Milli Qurtuluş gününün qeyd olunması, karate idman növünün geniş təbliği, beynəlxalq yarışlarda iştirak etmək üçün yığma komandaya namizədlərin seçilməsi, yeniyetmə və gənclərin mənəvi və fiziki hazırlığının inkişaf etdirilməsindən ibarətdir. Sonda yaradılan şəraitə görə iştirakçılar rayon rəhbərliyinə təşəkkürlərini bildiriblər. Məlumat üçün bildiririk ki, tədbir Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi, İsmayıllı Rayon İcra Hakimiyyəti, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, İsmayıllı Rayon Gənclər və İdman İdarəsi, Bakı Karate-Do Akademiyasının təşkilatçılığı ilə təşkil olunub.
25 Sentyabr 15:27
973
25 Sentyabr 10:24
1 008
24 Sentyabr 16:18
1 330