Amerika Kubokunun finalında Braziliya və Argentina qarşılaşacaq İdman

Amerika Kubokunun finalında Braziliya və Argentina qarşılaşacaq

Argentina millisi Amerika Kubokunun yarımfinalında Kolumbiyanı penalti seriyasında məğlub edib.

TASS xəbər verir ki, turnir Braziliyada keçirilir.

Matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb, yarışın qaydalarına görə, oyunun 90 dəqiqəsindən sonra heç-heçə edildiyi təqdirdə penalti seriyası keçirilib. Argentina millisində Lautaro Martines (7-ci dəqiqə), Kolumbiya yığmasında isə Luiş Dias fərqlənib (61). Penaltilər seriyasında argentinalılar daha güclü olub – 3:2.

11 iyulda keçiriləcək final qarşılaşmasında argentinalılar Perunu 1:0 məğlub edən braziliyalılarla oynayacaq. Bundan bir gün əvvəl isə Peru və Kolumbiya yığmaları üçüncü yer uğrunda qarşılaşacaqlar.