Mariya Stadnik Tokio Olimpiadasında yarımfinala yüksəlib - ƏLAVƏ OLUNUB İdman

Mariya Stadnik Tokio Olimpiadasında yarımfinala yüksəlib - ƏLAVƏ OLUNUB

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib.

Trend xəbər verir ki, 50 kiloqram çəki dərəcəsində çıxış edən idmançımız dörddəbir final mərhələsində Tunis təmsilçisi Sarra Hamdini məğlub edib - 10:0.

Təmsilçimiz startda rusiyalı güləşçi Stalvira Orşuşdan üstün olub.

ХХХ

07:02

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

Trend-in məlumatına görə, 50 kq çəki dərəcəsində çıxış edən idmançı 1/8 final mərhələsində rusiyalı Stalvira Orşuşla üz-üzə gəlib.

Rəqibinə 9:7 hesabı ilə qalib gələn Stadnik 1/4 finala yüksəlib. O, növbəti raundda Tunis təmsilçisi Sarra Hamdi ilə qarşılaşacaq.