Azərbaycan Prezidentinin yerli telekanallara müsahibəsi beynəlxalq mediada geniş işıqlandırılıb
Ərdoğan: ABŞ-ın Maduronu Türkiyəyə dəvət etməsi xəbərləri doğru deyil
2025-ci ildə qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 9%-ə yaxın artıb
Türkiyədə qəzaya uğrayan təyyarənin qara qutuları Britaniyaya göndəriləcək
1 Mart 2022 09:11
5 474
ABŞ-ın "Mastercard" maliyyə korporasiyası Ukrayna ətrafındakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı tətbiq edilən sanksiyalar səbəbindən "bir çox maliyyə qurumları" üçün ödəniş sisteminə çıxışı bağlayıb.
Bu barədə "Mastercard"ın rəhbəri Maykl Mibahın açıqlamasında deyilir.
"Sanksiyaların tətbiqi nəticəsində biz bir çox maliyyə qurumlarının "Mastercard" ödəniş sisteminə çıxışını bağladıq", deyə M.Mibah bildirib.
Onun sözlərinə görə, "Mastercard" öhdəliklərini tam yerinə yetirmək üçün yaxın gələcəkdə tənzimləyicilərlə əməkdaşlıq etməyə davam edəcək.